Azərbaycanda bu ərazilər nəzarətə götürüldü - Yoluxma artıb (VİDEO)

ÖLKƏ
12:38 / 31.05.2020
4193

Son günlər koronavirus infeksiyasına yoluxma hallarının artdığı rayonlarda biri də Xaçmazdır.

HİT.Az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, indiyədək rayonda 31 yoluxma halı qeydə alınıb ki, bunlardan da 21 nəfəri Köhnə Xaçmaz kənidinin sakinləridir. Sakinlərin sözlərinə görə, pandemiyanın ocağı kənddəki bir məhəllədir. Sonrakı günlərdə də yoluxma aşkarlandığından kənd nəzarətə götürülüb.

Goranboy da son günlər koronavirus pandemiyasına yoluxmanın qeydə alındığı rayonlardandır. Goranboy Rayon Mərkəzi Xəstəxanasına bu günə kimi müxtəlif bölgələrdən olan 408 xəstə daxil olub. Onlardan 255 nəfəri sağalaraq evə buraxılıb, 6 nəfər dünyasını dəyişib. 24 nəfər müalicə üçün Bakıya, 1 nəfər isə Gəncəyə göndərilib. 122 nəfərin müalicəsi isə davam etdirilir. Yoluxma hallarının qarşının alınması üçün rayon ərazisində dezinfeksiya işləri aparılır, sakinlərlə maarifləndirci söhbətlər edilir.

Bu günədək 47 nəfərin koronavirusa yoluxduğu Qəbələ də xəstə sayına görə ön sıralardadır. Son günlər yoluxmanın daha çox qeydə alındığı ərazi "Zarağan-2" məcburi köçkün şəhərciyidir. Bu qəsəbə də artıq nəzarətə götürülüb. Ərazidə izolyasiya tədbirləri davam etdirilir.

1