Türkiyədə koronavirus bu zaman yox olacaq - DƏQİQ TARİX

SİYASƏT
19:08 / 31.05.2020
1936

Türkiyədə koronavirus pandemiyasının başa çatacağı tarix açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Akdeniz Universiteti Tətbiqi Elmlər Fakültəsinin müəllimi Fatih Tank danışıb.

O bildirib ki, universitet nəzdində elmi araşdırma layihəsi çərçivəsində bütün ölkələrin koronavirusla bağlı məlumatları Türkiyəninki ilə müqayisə olunub. Əldə edilən müqayisəli məlumatlar qiymətləndirilib və fərziyyələr irəli sürülüb. Bu fərziyyələrdən birinə görə, Türkiyədə koronavirus pandemiyası ortaya çıxdığı 11 martdan başlamaqla, 180 gün sonra yox olacaq.

Professor qeyd edib ki, bu fərziyyə hazırkı ölüm, yoluxma, sağalma faizləri əsasında hazırlanıb və şəraitə görə hər an dəyişə bilər: “Son yoluxmalara istinadən hazırlanan başqa bir fərziyyəyə görə, avqust ayının ilk günündə 56 yoluxma faktı qeydə alınacaq”.

1