Nazpəri Dostəliyevanın nömrəsini telefonuna "SEVGİLİM" yazan məşhur kimdir?

MAQAZİN
20:06 / 31.05.2020
1957

Bu gün "Zaurla Günaydın" verilişində 65 yaşı qeyd edilən Xalq artisti Ramiz Novruz sürprizlə qarşılaşıb.

Xalq artisti Nazpəri Dostəliyevanın verilişə gözlənilməz gəlişi aktyora əsl ad günü sürprizi olub.

Söhbət zamanı Ramiz Novruz 1998-ci ildə, Nazpəri xanımın "Nə olar Allahım, ayırma bizi" klipinə çəkildiyi gündən bu vaxta kimi xanım sənətçi ilə ailəvi gediş-gəlişlərinin olduğunu bildirib. Aktyor hətta Nazpəri Dostəliyevanın klipində sevgili obrazından sonra nömrəsini telefonunun yaddaşına "SEVGİLİM" kimi qeyd etdiyini bildirib. 

Xalq artisti Ramiz Novruz müğənninin adının bu günə kimi telefonunda "SEVGİLİM" qaldığını etiraf edib.

0
Milli.az