ABŞ-ın Minneapolisa şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ciddi gərginlik mənbəyi olaraq qalır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı ölkənin 16 ştatında 25 şəhərdə komendant saatı elan olunub.
Ayrı-ayrı ştatlarda Milli Qvardiya gecələr küçələrdə növbə çəkir. Detroytda 21 yaşlı gənc iğtişaş vaxtı güllələnərək öldürülüb. Minneapolis, Atlanta, Çikaqo, Los-Anceles kimi şəhərlərdə komendant saatı elan olunub.