"AZAL toydan da, vaydan da pul qazanır"

İQTİSADİYYAT
23:27 / 31.05.2020
1588

Dövlətdən 86,9 milyon manat yardım alan AZAL Nyu Yorkdan Bakıya ödənişli çarter reysi təşkil edir. Sərnişinlərə birtərəfli uçuşun qiymətləri aşağıda kimi təklif olunub: Economy - 900 dollar, Comfort - 1400 dollar, VIP -2100 dollar.

Standart uçuşlarda economy biletlərinin 350 dollar olmasına baxmayaraq, dövlətdən aldığı yardımla gözü doymayan AZAL pandemiya dövründən sui-istifadə edərək economy sinifin qiymətini 3 dəfəyədək artırıb, burdan da 3 qat əlavə qazanc əldə edir.

Təəssüflə qeyd etmək istəyirəm ki, hazırda Amerikada olan həmyerlilərimiz arasında pandemiyaya görə geri qayıda bilməyən, maddi sıxıntı ilə burda yaşamağa məcbur qalan, eləcə də tələbə və şagirdlər vardır ki, onlar bir tərəfli uçuşa görə 900 dollar ödəmək imkanına malik deyildirlər.

Eyni zamanda bu gün yayılan digər məlumatdan bəlli olur, təxirə salınan uçuşlara görə biletlərin geriyə ödənişini AZAL və Buta normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, ardıcıllıqla həyata keçiriləcək. Bu o deməkdir ki, AZAL bu məsələ də fürsətçilik edib, satdığı biletlərin pulunu vaxtında geri qaytarmaq istəmir.

Qubad İbadoğlu,

ADR Hərəkatının rəhbəri

2