Pandemiyanın ilk dalğası keçdi - islahatların yeni dalğası başlayır

ÖLKƏ
09:41 / 01.06.2020
25609

Dünya koronavirus  bəlasından qismən qurtulmaq yolundadır. İndi əsas diqqət pandemiyadan sonra dünya ölkələrində hansı dəyişiklərin olacağına yönəlib. Virusun əsasən iqtisadiyyata zərbə vurduğunu göz önünə gətirsək, Azərbaycan da daxil, bu istiqamətdə hansı addımların atılacağı maraq doğurur.

Müşahidələr onu göstərir ki, prezident İlham Əliyev pandemiyanın Azərbaycana vurduğu iqtisadi zərərlər haqqında danışmağa o qədər də həvəs göstərmir. Bəzi dünya ölkələri rəhbərlərinin “batdıq”, “yandıq” harayları da əlbəttə ki, reallığı əks etdirir. Amma əvvəl gündən Prezident Əliyev virus təhlükəsindən danışarkən insan amilini önə çəkdi və yenə də təbii iqtisadi geriləməyə baxmayaraq, bu prinsipi davam etdirir. Bu isə Prezidentin islahatlar kursunu davam etdirəcəyinin göstəricisi sayıla bilər.

Prezident İlham Əliyev: Azərbaycanda islahatlar həm konseptual ...

Əslində koronovirusun bütün dünya gündəmini dəyişdiyi  günlərdə də-ötən ilin dekabrından xüsusilə icra strukturlarında başlayan antikorrupsiya həbsləri dayanmadı. Bəziləri gözləyirdi ki, virusla mübarizə və sərt karantin tədbirləri  bu “təmizləmə” prosesini durduracaq.  Prezident isə yəqin ki, həm də belə düşünən  fürsətçilərə qarşı bir daha iradə göstərdi, ölkə həyatı üçün mühüm olan bu “təmizləmə” geridönməz xarakter aldı. Bəlkə də bəziləri həm də arxayınlaşdı, “əl-qolumuz açıldı” fikirləşərkən DTX əməkdaşlarını başları üzərində görməklə bu dəfə şaşırdılar.

Karantin dövründə daha üç icra başçısının, bir nazir müavinin və nazirliyin böyük bir idarəsinə rəhbərlik edən şəxsin qandallanması ilə cəmiyyətə verilən mesajın mənası aydın idi: hakim iradə islahatları sabotaj edənlərə, dəyişikliklərə qarşı çıxanlara şans tanınmayacaq.

Vilyam Hacıyev belə həbs olundu – Video Yeni Sabah

Üstəlik, Azərbaycan vətəndaşını hakimiyyətdən narazı salan, onlara ayrılmış yardımları mənimsəyən, ölkənin hər cür inkişafına maneə olanlar ən ciddi şəkildə cəzalandırılacaq, həbslərdə çürüyəcəklər. Bu sərt kursu dövlət başçısının son aylar etdiyi bütün çıxışlarda eşitmək mümkündür. Cəmiyyətin böyük əksəriyyəti də harınlamış oğru məmurların ifşasını dəstəkləyir və prosesin ardıcıl xarakter almasını arzulayır. 

Həbs edilən icra başçısının "KRIŞASI" kim olub? - Azadliq Xeber

İqtisadi stabilləşmə əlbəttə ki, vacibdir və dövlət rəhbərliyi bunu uyğun addımlar atacaq. Prezident Əliyevin bu kimi dünya çapında baş verən böhranlarda etiraf olunacaq bir üstünlüyü də var. Prezident Əliyev görünən və ya görünəcək böhranlara digər liderlərdən öncə hazır olur. Bu öncəlik neftin qiymətinin kəskin düşdüyü illərdə, neft ölkələrində başlamış iqtisadi böhranda da özünü göstərdi. İlham Əliyev iqtisadiyyatı şaxələndirmək xətti götürərək, bir çox ölkələrdə hətta siyasi böhrana səbəb olan riskləri Azərbaycanda önlədi. Ola bilsin, dünyanı gözlənilmədən yaxalayan koronavirusun iqtisadiyyatımıza vurduğu zərbəni önləmək üçün də artıq “Əliyev planı” var və yaxın vaxtlarda bunun da təfərrüatları bilinəcək. 

Azərbaycan Prezidenti: "Struktur islahatları, siyasi islahatlar ...               

Məlumatlara görə, tezliklə ayrı-ayrı sahə və nazirliklər, hakimiyyətin qolları üzrə də islah prosesi başlayacaq. Pandemiyadan sonra dünyada dəngələrin hansı istiqamətdə daha çox dəyişəcəyi  barədə hələ ki qəti rəyi yoxdur. Amma görünən budur ki, xüsusilə yüksək texnologiya, QHT, informasiya və mediaya sahələri əsaslı şəkildə yenilənəcək. Bu üç mühüm yenilikdən biri-texnoloji sahədə Azərbaycan “baş məşqi” keçdi, internet və məsafəli ünsiyyətdəki texnoloji əskiklərini gördü. Prezidentin yüksək texnologiyalar məsələlərində həssaslığı yeni fakt deyil, illər öncə gerçəkləşən “Asan xidmət” modeli buna tutarlı sübutdur.  Amma zənnimizcə, bu sahədə hələ görüləcək işlər çoxdur və tezliklə Azərbaycan üstün texnoloji yeniliklərdən bəhrələnəcək. Bununla paralel olaraq əlbəttə, vətəndaş cəmiyyəti institutlarının - QHT-lərin də fəaliyyətini  gücləndirməyə ehtiyac var. O cümlədən, informasiya və mediaya sahəsinin əsaslı şəkildə yenilənəcəyi gözlənilir ki, bu da yeni dövrün ən vacib çağırışlarından biridir. Pandemiya güclü medianın dəyərini ortaya çıxardı və bundan sonra dünyada bu sektorun yenilənməsinə qoyulacaq  investisiya və dəstək çox artacaq.                           

Yenilənmə, modernləşmə və islahatlar prosesi  məhkəmə strukturlarına aid bütün seqmentləri, bir sözlə, ƏDALƏT sisteminin əsasını əhatə edəcək. Gözlənilir ki, hakimlərin dəyişməsindən sonra məhkəmə sistemində də ciddi islahatlar vüsət alacaq. Çünki ədalətli cəmiyyət üçün ilk növbədə ədalətli məhkəmə sistemi olmalıdır. Bu sektorda dəyişikliklərin hansı formada və metodla olacağı haqda müfəssəl bilgi yoxdur. Amma son aylar bu sahəyə aid imzalanmış sərəncamlar onu deməyə əsas verir ki, məhkəmə və hüquq sistemindəki əsaslı yeniliklər xalqın istəyinə uyğun olacaq. İslahatların Silahlı Qüvvələrimizə də sirayət edəcəyi gözləntiləri də var. Çünki Azərbaycan Prezidenti üçün Silahlı Qüvvələrin gücləndirilməsi, onun üstün texnika və etibarlı komandanlarla zənginləşdirilməsi ən prioritet məsələdir.

Ümumiyyətlə, sadalanan bütün sahələrdə gözlənilən islahatlar yalnız cəzalandırma və işdən uzaqlaşdırma ilə məhdudlaşmır. Bu sahələrdə əsasən təkmilləşdirmə, sağlamlaşdırma, modernləmə, kadr bazasının yenilənməsi və gücləndirilməsi prosesi həyata keçiriləcək.

 

2
Musavat.com