Əməkdar artist Nuriyyə Hüseynova paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi müğənnilərin çoxluğundan şikayətlənib:
“Bəlkə, müğənni istehsalına “stop” deyək? Məncə, yetər! Oynamaq, oxumaq rekordunu qırdıq. Vətənin ürəyi olan Şuşada düşmən at oynadırsa, bu millətin bütün günü çalıb-oynamağa haqqı yoxdur. Zövqümüzü televiziyalar və səviyyəsiz aparıcılar korladı. Yadınızda bir şeyi saxlayın: təbliğat hər şeydir”.
Sosial şəbəkə istifadəçiləri isə xanəndəyə şərh yazaraq ona dəstək olduqlarını yazıblar: