Azərbaycanda son bir ayda 39 bank filialı bağlandı

İQTİSADİYYAT
10:16 / 01.06.2020
1154

Azərbaycan banklarının filialları və bank şöbələri və ATM sayında son bir ayda azalma qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə əsasən, aprel ayında ölkədə bank filiallarının sayı 506-dan 467-ə düşüb. Belə ki, 39 bank filialı bağlanıb.

Bank şöbələrinin sayı 126-dan 117-yə düşüb. ATM-lərin sayı isə son bir ayda 41 ədəd azalmaqla 2636-a düşüb.

Qeyd edək ki, əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

0
Banker.az