Şəkidə ayının qaçması sirri: meşələrin məhvi - FAKTLAR

ÖLKƏ
12:55 / 01.06.2020
2077

Şəkidə ayının şəhərin mərkəzinə gəlib çıxması ilə bağlı müxtəlif versiyalar səslənməkdədir.

Onun boynunda xaltanın olmasını əsas gətirənlər heyvanın hansısa məmurun bağından qaçdığını iddia edirlər. Lakin onun bir gözünün kor olduğunu söyləyənlər ayının meşədən qaçdığını bildirirlər. 

Hit.Az-a daxil olan xəbərə görə, ayının rayonun mərkəzi küçələrinə gəlib çıxmasının bir səbəbi də Şəkidə meşələrin getdikcə azalmasıdır. 

Bu haqda Rəhimə Novruzəliyeva "Facebook"da yazıb ki, Şəkidə meşə qalmayıb, 1500 hektar ərazini tamamilə qırıb məhv ediblər.

Bir müddət əvvəl BBCAzərbaycanca-ya danışan sakinlər deyirdilər ki, Şəkinin Bideyiz kəndinin meşə sahələri məhv edilir. 

Bu vəziyyət Bideyizdən başqa Şəkinin Köbər Zəyzid kəndində də yaşanıb. İcarəyə verilən ərazilərdən biri də Şəki rayonu Cunud və Baş Layısqı kəndləri yaxınlığındakı meşə fondu torpaqlarıdır.

 

0