“Cəmiyyət bəzi ünsürlərdən təmizlənəcək, daha da sağlam olacaq”.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, vaxtilə Vaqif Hüseynov və Əbdürrəhman Vəzirovun qapısının ağzında “yatanlar” üzə çıxarılacaq.
“Cəmiyyət daha da sağlamlaşacaq”, - deyə M.Qasımlı əlavə edib.
Qeyd edək ki, Vaqif Hüseynov 1989-1991-ci illərdə Azərbaycan Dövət Təhlükəsizlik Komitəsinin sədri olub.
Əbdürrəhman Vəzirov isə 1988-ci ilin mayından 1990-cı ilin 20 yanvarına qədər Azərbaycana rəhbərlik edib.
Aqşin Kərimov