Tanrıverdi Mustafayev yeni vəzifəyə təyin olundu

ÖLKƏ
16:58 / 05.05.2020
3465

"Azərişıq" ASC-də kadr dəyişikliyi edilib.

Hit.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, səhmdar cəmiyyətin mətbuat xidmətinin rəisi vəzifəsi tanınmış telejurnalist Vaqif Aydınoğluna tapşırılıb.

V. Aydınoğlu məlumatı təsdiq edib.

Mətbuat xidmətinin keçmiş rəhbəri Tanrıverdi Mustafayev isə "Azərişıq" sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, V. Aydınoğlu bu təyinata qədər ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru olub.

3