İrəvan hərbi sirrini açdı: \"Paşinyana satılan rus sistemləri...\"

22:00 / 01.06.2020
1468

Keçmiş prezident Serj Sərkisyanın kürəkəni, bu ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyan hazırkı Ermənistan hakimiyyətini Rusiyadan köhnə hava hücumundan müdafiə sistemləri aldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sabiq səfir Nikol Paşinyan hökumətinin Rusiyadan aldığı “Osa” zenit-raket sistemlərinin köhnə və istifadəyə yararsız olduğunu bildirib.

Baş nazir Nikol Paşinyanın özü də, 2019-cu ilin dekabr ayının sonunda çox sayda hava hücumundan müdafiə sistemlərinin alındığını açıqlayıb: “Osa-AK” hava hücumundan müdafiə sistemlərinin böyük bir dəsti alınıb və modernləşdirilib”.

Minasyan isə Rusiyadan alınan bu və digər hava hücumundan müdafiə sisetmlərinin modernləşdirilmədiyini, aktivləşdirilmədiyini bildirib. Yəni, Paşinyanı erməniləri aldatmaqda günahlandırıb.

Hərbi analitik Leonid Nersisyan da, Rusiyadan alınan sistemlərin köhnə olduğunu təsdiq edib.

Jurnalistin “Bu qədər çox köhnəlmiş hava hücumundan müdafiə sisteminin alınması nə dərəcədə məqsədəuyğun idi? Erməni ordusu üçün daha yeni və daha müasir sistemlərin alınmasının vaxtı gəlib çatmayıbmı?”, sualına Nersisyan belə cavab verib:

“İnanıram ki, sovet texnikaları təmir və istismar üçün daha çox səy və ehtiyat tələb etdiyindən, yeni avadanlıqlara daha çox diqqət ayırmağın və almağın vaxtı gəlib”

0