İcra başçısı bacanağını köməkçi təyin etdi

ÖLKƏ
10:33 / 02.06.2020
1679

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan müavinə vəzifə verib.

HİT.Az-ın unikal.org-a istinadla verdiyi xəbərə görə, İlqar Abbasovun əmri ilə Yolçiyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və  İlqar Abbasov Suraxanı rayon icra Hakimiyyətinin başçısı olarkən müavini olub.

0