ƏSA Teatrında “Balaca şahzadə” olacaq

MƏDƏNİYYƏT
10:43 / 03.06.2020
1359

Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan “ƏSA” Teatrı sayca səkkizinci tamaşasını hazırlayır. 

HİT.Az-a verilən məlumata görə, teatr bu dəfə fransız yazıçı Antuan de Sent-Ekzüperiyə dünya şöhrəti gətirən “Balaca şahzadə” əsərinə müraciət edib. 

“ƏSA” Teatrının baş meneceri Nicat Qulamın sözlərinə görə, may ayından etibarən intensiv şəkildə tamaşanın hazırlığına başlanılıb. Qarşıdakı müddət ərzində də tamaşanın məşqləri pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçirləcəkdir. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaqdır. 

Sentyabr ayının sonlarında premyerası nəzərdə tutulan “Balaca şahzadə” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyilə hazırlanır.

Qeyd edək ki, tamaşa-layihənin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyev, baş prodüseri Nicat Qulamdır. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.  

Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv “ƏSA” Teatrı 2016-cı ilin sentyabr ayında yaradılıb. Artıq 5-ci teatr mövsümünə başlayan teatr bu günə qədər paytaxt və regionlarımızda uğurlu layihələr həyata keçirib. 

0