Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri və müştəriləri birləşdirən vahid platforma yaradılıb.
Bunu "APA-Economics"ə İnnovasiya Agentliyinin startaplara dəstək və akselerasiya şöbəsinin proqram koordinatoru Zaur Ünsizadə deyib.
Onun sözlərinə görə, "DOGET" adlanan layihənin "Android" cihazları üçün nəzərdə tutulan mobil əlavəsi artıq "Google Play" mağazasına yerləşdirilib: "Bu ayın sonunadək tətbiqin "iOS" versiyası da istifadəçilərin ixtiyarına veriləcək".
Qeyd edək ki, "DOGET" platformasında bütün sahələrdən peşəkar insanlar qeydiyyatdan keçə və öz xidmətlərini müştərilərə təqdim edə bilərlər. Müştərilər isə bu xidmətləri onlayn şəkildə sifariş etmə imkanı əldə edirlər.
Apa.az