Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?

ÖLKƏ
14:17 / 03.06.2020
1868

Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır.

Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır.

HİT.Az xəbər verir ki, 365.Az-ın məlumatına görə, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir.

Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir.

Qeyd edək ki, Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.

1