Karantin müddətinin uzadılması ilə bağlı RƏSMİ AÇIQLAMA

SİYASƏT
14:27 / 03.06.2020
2061

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Son 3 gün müddətində yoluxma sayı 689-a yüksəlib.

Pandemiya dövründə ən yüksək göstərici hesab edilir.

Belə olduğu halda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Qazet.az-ın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, bununla bağlı rəsmi açıqlama yoxdur.

"Karantin müddəti yumşaldıqdan sonra yoluxma sayı artıb. Buna baxmayaraq hələ də rəsmi qərar yoxdur”, – deyə İbrahim Məmmədov qeyd edib.

Son zəng tədbirlərinin təşkil edilib-edilməməsinə münasibət bildirən İbrahim Məmmədov bununla bağlı da rəsmi qərarın olmadığını deyib.

0
Sfera.az