Koronavirusla bağlı analizlərin cavabı niyə gecikir? - TƏBİB

ÖLKƏ
17:21 / 03.06.2020
1201

"Son bir ayda hətta bir aydan çoxdur ki, koronavirusla bağlı götürülən analizlərin cavabı bir, maksimum iki günə çıxır”.

HİT.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu sözləri son günlərdə insanlar arasında koronavirusla bağlı verilən testlərin nəticələrinin gec çıxması, belə olan halda onların ətrafdakı şəxslər üçün nə qədər təhlükə yarada biləcəyi məsələsinə aydınlıq gətirərkən TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

"Ola bilər ki, analiz verən şəxslərin fin kodunda səhvlik olar və ya digər texniki səbəblərdən nəticələrə dair mesaj gec gələ bilər. Bu zaman insanlar yanlış olaraq onların verdiyi analizin nəticələrinin hələ çıxmadığını düşünə bilər”.

Koronavirusa yoluxduğundan şübhələnərək analiz verən şəxslərin nəticələri gözləyənə qədər ətrafdakı insanlar üçün nə qədər təhlükə yarada bilməsi ilə bağlı sualımıza cavab verən mətbuat xidmətinin rəhbəri bildirdi ki, o şəxslərdən analiz götürülən zaman onlara evdən çıxmaması tapşırılır.

"Əgər analiz götürülən insanın nəticəsi pozitiv çıxarsa, növbəti dəfə onun ailə üzvlərindən də analiz götürülür. Nəticələr pozitiv çıxarsa, onlara xüsusi rejimli xəstəxanaya aparılacağı barədə əvvəldən məlumat verilir”.

Günay İlqarqızı

0