Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.
HİT.Az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.
İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.