Paşinyanı istefa verməyə çağırdılar

DÜNYA
11:32 / 04.06.2020
1256

"Baş nazir Nikol Paşinyan istefa verməlidir, çünki ölkədə cərəyan edən proseslər hər gün daha ciddi nəticələrə səbəb olacaq bir fəlakətdir". Azvision.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.

O bildirib ki, siyasi sahədə yeni fikirlərə ehtiyac var: “Hakimiyyət tənqidləri qəbul etmir. Kimsə tənqid edəndə, onlar dərhal sifariş yerinə yetirildiyini vurğulayırlar. Mən vəzifədən kənarlaşdırılmadım, istefa verdim, sözlərimdə diqqətli olmalıyam.

Hakimiyyət 43 milyardın büdcəyə qaytarıldığını bəyan etdi, bu, mənim vəzifədə olduğum müddətdə baş vermişdir. İstefamdan sonra dövlət büdcəsinə heç bir vəsait qaytarılmayıb”.

 

1
Azvision.az