Türk ordusu hərəkətə keçir: 10 min əsgər və ən müasir texnikalar göndərildi

DÜNYA
22:15 / 04.06.2020
2596

Türkiyə Silahlı Qüvvələri 27 fevralda başlanan və 1 həftə davam edən “Bahar qalxanı” hərəkatından sonra Bəşər Əsəd rejiminə sadiq qüvvələrin İdlib şəhərinə hücumlarının qarşısını almaq üçün hazırlıqlara davam edir.

Publika.az xəbər verir ki, rəsmi açıqlamalar və açıq kəşfiyyat mənbələrinin məlumatına görə, TSQ “Atılqan”, “Qorqud”, “HAWK-21”, “HİSAR-O” hava hücumundan müdafiə və radiolokasiya sistemlərini şəhərə yerləşdirib.

Sistemlərin rejim üçün çaşdırıcı olacağını bildirən hərbi mütəxəssislər Türkiyənin atəşkəs müddətində sabitliyin hər an pozulacaqmış kimi davrandığını və hazırlıqlarını bu istiqamətdə apardığını deyib: “İdlibə göndərilən 4 min hərbi avtomobil, 10 min əsgər və hərbi təchizatlar bunun bariz nümunəsidir”.

Qeyd edək ki, “Bahar qalxanı” Bəşər Əsəd qüvvələrinin türk əsgərlərinə hücumu və nəticədə 33 “mehmetçik”in şəhid olmasından sonra başladılmışdı. 1 həftə sonra atəşkəs elan olunsa da, Türkiyə Silahlı Qüvvələri hərbi əməliyyatları döyüşsüz davam etdirir. Milli Müdafiə Nazirliyi əməliyyatın başa çatması ilə bağlı hər hansı bəyanat verməyib.

0
Publika.az