Bu gün "Access Bank"ın rəsmi internet saytına giriş bir müddətlik bağlanıb.
Hit.Az kommersant.az-a istinadla xəbər verir ki, bankın rəsmi internet saytına (www.accessbank.az) daxil olmaq mümkün olmayıb.
Hazırda bankın rəsmi internet saytı fəaliyyətini bərpa edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirmişdi ki, “Accessbank”-a bir aylıq möhlət verilib: “Onlar bir ay möhlət istəyiblər. Bir ay ərzində prosesi başa çatdıracaqlar”.