Vilyam Hacıyevin evindən nə qədər pul çıxıb?

ÖLKƏ
09:11 / 08.05.2020
6550
"Əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, orada 2 milyon 480 min dollar, 450 min avro vardır”.
 
Hit.Az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həbsi zamanı evindən müsadirə edilən maliyyə vəsaitlərini əks etdirən fotolardan danışarkən deyib. Qubad ibadoğlu qeyd edib ki, Vilyam Hacıyevin varidatı ən azından 10 milyon dollarla ölçülə bilər:
 
"İmişli rayonun keçmiş icra başçısı Vilyam Hacıyevin evindən maddi subut kimi xarici və yerli valyutada müsadirə edilən nağd pulların həcminin nədən elan edilməməsi ən çox müzakirə olunan suallardandır. Əgər bu şəkil tapılan pulların hamısını özündə əks etdirirsə, onda hesablamalar göstərir ki, orda 2 milyon 480 min dollar, 450 min avro vardır. Əgər evdə xarici valyutada bu qədər vəsait nağd şəkildə gizlədilibsə, heç şübhəsiz ki, xarici və yerli banklarda yerləşdirilən vəsait bundan dəfələrlə çoxdur. Bundan əlavə pulların ondan da çox hissəsi biznesə və əmlaka yatırılır.
Bu hesabla Vilyam Hacıyevın varidatı ən azından 10 milyonlarla dollarla ölçülə bilər. Bu da büdcə üçün əlavə maliyyə qaynağıdır”.
 
Qubad ibadoğlu bildirib ki, əslində günün əsas sualı icra başçısının bu qədər vəsaiti hardan toplaması olmalıdır:
 
"İlkin ittihamlara görə, vəsaitlər rayondakı sahibkarlardan, rayona tikinti-abadlıq işlərinə görə ayrılan dövlət büdcəsi vəsaitlərindən və ödənişli ictimai işlərə görə işsizlər üçün nəzərdə tutulan sosial yardımdan və heç şübhəsiz ki, rayondakı vəzifələrin satılmasından toplanıb. Bu cinayətlər 16 ildir ki, İmişlidə hamının gözünün qabağında baş verirdi. Hazırda başqa rayonlarda da davam edir. Amma danılmaz həqiqət odur ki, bundan vəzifəsininin yüksək və aşağı, varidatının çox və az olmasına baxmayaraq heç kim sığortalanmayıb, sadəcə zamana bağlı məsələdir”.
58