Göyçay rayon sakini özünü öldürüb.
Hit.Az APA-ya istinadən xəbər verir ki, Göyçay şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib.
O, zəhərlənmə diaqnozu ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
F.Abdullayevin vəziyyəti sonradan ağırlaşdığı üçün ailə üzvləri onu müalicə məqsədilə Bakı şəhərinə - Respublika Toksikologiya Mərkəzinə aparıblar.
Həkimlərin bütün səylərinə baxmayaraq, F.Abdullayev ölüb. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.
Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev "Göyçay-Çörək” ASC-yə rəhbərlik edirdi.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.