ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.
Hit.Az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.
Jurnalist özünə yeni iş də tapıb. Bundan sonra o, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.
Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.