DTX bu nazirlikdə əməliyyat keçirir (YENİLƏNİR)

ÖLKƏ
13:04 / 08.05.2020
6010

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

HİT.Az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Axşam.az-ın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

***

Lent.az -ın xəbərinə görə, saxlanılanlar arasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da var.

1