Elon Mask kreditlə yaşayır – nağd pulu yoxdur

TEXNO
20:17 / 12.05.2020
1590

Amerikalı iş adamı, Tesla və SpaceX-in qurucusu İlon Mask 39 milyard dollar sərvətinə baxmayaraq, nağd pula sahib deyil və banklardan aldığı böyük miqdarda borclarını şirkətlərinin səhmlərinin təhlükəsizliyi üçün yığıb.

Bu haqda məlumatı “Wall Street Journal” yazır.

Nəşr, 48 yaşlı Maskın əslində borc içində olduğunu iddia edir.

WSJ-nin məlumatına görə, keçən il eksantrik milyarder Tesla səhmlərinin demək olar ki, yarısını girov qoymuşdu. Ümumi dəyəri 29 milyard dollar olan bu şirkətin bütün səhmlərinin 20 faizinə sahibdir.

Ümumilikdə Mask təxminən 500 milyon dollar kredit yığıb.

Nəşrin jurnalistləri yazırlar ki, iş adamı nağdsız qalıb və birinci həyat yoldaşından boşandıqdan sonra tanışlarından borc almağa məcbur olub.

0
konkret.az