Yunanıstan və Türkiyə arasında münasibətlər yenidən gərginləşib.
Yunanıstanın Milli müdafiə naziri Nikos Panayotopulos Afinanın öz suveren hüquqularını qorumaq üçün hər şeyə, o cümlədən Ankaraya qarşı hərbi əməliyyata belə hazır olduğunu deyib. Nazir deyib ki, Türkiyənin son zamanlarda davranışı kifayət qədər aqresivdir.
Yunanıstanın münaqişəni hərbi yolla həllə hazır olması barədə sualına gəldikdə isə baş nazirin dediyi kimi onun cavabı belə olub: “Məhz elədir!”
“O dedi ki, biz istənilən vəziyyətə hazırlaşırıq. Əlbətdə, bütün hallara hərbi müdaxilə də daxildir. Ancaq biz bunu istəmirik, izah etmək istəyirik ki, maksimal səviyyədə öz suveren hüquqlarmızı qorumaq üçün . mümkün olan hər şeyi edəcəyik”.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən hadisələr fonunda Yunanıstanı qıcıqlandıracaq daha bir təlimat verib. Türkiyə mətbuatında yer alan məlumata görə, prezident 1934-cü ildən muzey kimi istifadə edilən Aya Sofyanın statusunu dəyişdirmək niyyətindədir. “Aya Sofya məscid olaraq da turistlər tərəfindən ziyarət edilə bilər. Sultan Ahmetin olduğu kimi. Buna millətimiz qərar verməlidir”.
Bir neçə gün öncə Türkiyənin dövlət qəzetində yunan adaları yaxınlığındakı karbohirat yataqlarının işlənməsi barədə lisenziya alınması barədə müraciət dərc edilmişdi. /bakupost.az/