DTX-nin MN-də əməliyyatı: təfərrüat nə vaxt yayımlanacaq?

ÖLKƏ
14:55 / 12.05.2020
1499

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın təfərrüatı və görüntüləri məqsədəuyğun vaxtda açıqlanacaq.

Hit.Az xəbər verir ki, bu barədə Axar.az-a DTX-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, mayın 8-də DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı bir neçə şəxs, o cümlədən nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb. Prezident İlham Əliyevin sərəncamı ilə hər iki şəxs vəzifədən azad edilib. Səbail Rayon Məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, DTX adətən 1-2 gün müddətində əməliyyatın təfərrüatını və görüntüsünü ictimaiyyətə təqdim edirdi.

0
Axar.az