Dünən apteklərdə ən çox nə satılıb? (SİYAHI)

ÖLKƏ
13:35 / 06.06.2020
1461

Bakıda ikigünlük sərt karantin rejiminin tətbiqi iyunun 5-də apteklərdə ajiotaja səbəb olub.

Hit.Az apteklərdən daha çox nəyin satıldığı ilə maraqlanıb.  

Əczaçıların sözlərinə əsasən, dünən gün ərzində apteklərdən ən çox uşaq qidaları, uşaq bezləri alınıb. 

Bundan başqa, təzyiq dərmanları və təzyiq ölçən preparatlar da ən çox alınan tibbi ləvazimatlardan olub.

Həmçinin tibbi maska, spirt, körpələr üçün qızartı kremləri kimi preparatlar çox satılıb.

0