“Yol polisi paytaxtın bütün küçə və prospektlərini nəzarətə götürüb” - AÇIQLAMA

ÖLKƏ
19:21 / 06.06.2020
1174

“Gecə saatlarından başlayaraq, xidmətə cəlb olunan əməkdaşlarımız paytaxtın inzibati ərazisinə aid olan bütün küçə, prospekt və yollar tam nəzarətə götürülməklə xidmətlərini davam etdirirlər”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, sərtləşdirilən məhdudlaşdırılma tədbirləri çərçivəsində daxil olan bütün müraciətlərə həssas yanaşılır:

“Köməyə ehtiyacı olanlara dərhal və vaxtında müvafiq köməklik göstərilir. Bu saata qədər onlarla tibbi müdaxilə zərurəti yaranması ilə bağlı daxil olan müraciətlər üzrə həmin şəxslər xəstəxanalara çatdırılıblar”.

1