Sumqayıtda 155 nəfər cərimələnib, 3 nəfər həbs olunub

ÖLKƏ
22:23 / 06.06.2020
1046

Sumqayıtşəhərində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı iki növbəli 20 post patrul maşını ilə 115 patruləməkdaşı ayrılıb, həmçinin 15 dayanaqlı post quraşdırılıb.

Hit.Az xəbər verir ki, bu barədə Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsininrəisi, polis-polkovnik-leytenantı Nizami Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, gün ərzində 155 inzibati protokoltərtib olunub ki, bunlardan 10 ədədi maskadan istifadə etmədiyi üçün 50 manat, digərləri isə, evdən icazəsiz çıxdığına görə 100 manat cərimə olunanlardır: "Birnəfər isə, artıq ikinci dəfə ictimai nəqliyyatda maskadan istifadə etmədiyiüçün (İnzibati Xətalar Məcəlləsinin 211.3.2 maddəsi ilə) 100 manat cərimələnib.

Şöbə rəisi qeydedib ki, xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfərə isə 15 sutkalıq inzibati həbs cəzası verilib.

0