Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin işçiləri fəhlə kimi işlədilir.
Pravda.az-ın xəbərinə görə, onlara əməkhaqqı da verilmir.
"Xilasetmə yox, yanğınsöndürmə yox, sadəcə, fəhlə kimi işlədirlər və əlavə əməkhaqqı yazmırlar".
Karantin günü də xilasedicilər evə buraxılmayıb. Görüntülərdən sosial məsafənin qorunmadığı, işçilərin müdafiə vasitələri ilə təmin olunmadığı da görünür.