Bu gün karantin qaydalarını pozduğu üçün polis bölməsinə aparılmış “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı sərbəst buraxılıb.
Bu barədə jurnalistin xanımı Sevinc Telmanqızı özünün “facebook” səhifəsində yazıb.
“Dostlar, narahatlıq üçün üzr istəyirəm. Artıq Zamini buraxıblar. Protokolu, cəriməsini yazıblar, evdədi. Maraqlanan, zəng edən bütün dostlara təşəkkürlər.
Məncə, qaydalar hamı üçündür. Biz də jurnalistlər olaraq buna əməl etməliyik”-deyə, S.Telmanqızı yazıb.
Cebhe.info