Bakı küçələrində sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polislər Azərbaycan Respublikasının Dövlət Himni səslənərkən farağat vəziyyətini alıblar.
Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Videodan da göründüyü kimi, Himn səslənərkən ayaq üstə olan polislər farağatda dayanıblar. Xidməti maşınındakı polislər də çölə çıxaraq, onlara qoşulublar.
Sosial şəbəkələrdə böyük maraqla qarşılanan bu görüntüləri təqdim edirik:
Axar.az