Avropa İttifaqı dağılacaq, kapitalizm... – Soros

21:41 / 12.05.2020
1277

“Koronavirus Avropa İttifaqının dağılmasına səbəb ola bilər”.

Bu barədə məşhur milyarder Corc Soros deyib.

“İndependent” qəzetinə danışan Soros hesab edir ki, pandemiya Avropa İttifaqının parçalanmasına səbəb olacaq.

“Avropa İttifaqının gələcəyindən narahatam, çünki bu, köhnə birlikdir. İttifaqın fəaliyyəti olduqca yavaş idi və koronavirusun sürətlə yayılması fonunda birlik bu sürətlə ayaqlaşa bilmədi”, - o bildirib.

Almaniya Konstitusiya Məhkəməsi ötən həftə Avropa Mərkəzi Bankının (ECB) pis vəziyyətdə olan iqtisadiyyatları canlandırmaq üçün tətbiq etdiyi proqrama etiraz edərək, bunun Almaniya konstitusiyasını qismən pozduğunu açıqlamışdı.

Sorosun fikrincə, Almaniyanın bu açıqlaması Avropa İttifaqının parçalanma prosesinin ilk işarələrindən biridir.

Məşhur milyarder həmçinin hesab edir ki, COVID-19 pandemiyası kapitalizmi də sıradan çıxara bilər.

Asif

0
Publika.az