İqtidar seçki qanununu dəyişir: Ərdoğan yeni şərtlər qoyur

DÜNYA
18:28 / 08.06.2020
1283

Türkiyənin hakim partiyası olan AKP həm siyasi partiyalar, həm də seçki qanunvericiliyində ciddi dəyişikliklər paketi hazırlayır.

Cebhe.info xəbər verir ki, yeni paketdə yeni partiyaların deputat transfer etməsinin əngəllənməsi, seçki bölgələrinin sayının azaldılması, ittifaq şərtlərinin dəyişməsi, seçki barajının 5 faiz olarq tətbiqi nəzərdə tutulur.

Məlumata görə, Siyasi Məsələlər üzrə nazir Hayati Yazıçının rəhbərliyində bir komissiya bu məsələlər üzərində işə başlayıb. Komissiya yay boyunca fəaliyyət göstərəcək və yeni dönəmə tam yeni paketi müzakirəyə çıxaracaq.

Yeni paketin maraqlı detallarından biri də 5 faiz səs toplaya bilməyən partiyaların ittifaq vasitəsilə də parlamentə düşməsinin əngəllənməsidir. Bu isə kiçik partiyaların Məclisdə təmsilçiliyini daha da çətinləşdirir.

Yeni sənəd əvvəlki seçki qanunu əsasında hazırlanacaq və hazırda qüvvədə olan 400 bəndlik qanun 200 bəndə qədər azaldılacaq.

0