Ümidlə yaşayıram ki, sərhədlər açılar, Türkiyəyə gedərəm - Rasim Balayev

MƏDƏNİYYƏT
21:58 / 08.06.2020
1853

"Həftəsonu qadağalarında darıxmadım. Təqaüddə olan adamam, mənim üçün digər günlərdən o qədər də fərqlənmədi".

Bunu Azvision.az -a Xalq artisti Rasim Balayev karantin günlərindən danışarkən deyib.


Aktyor bildirib ki, hazırda Şüvəlandakı bağ evində qalır və şəhərə yalnız fizioterapeya üçün gəlir.

"Boynumda əməliyyat olunduğum yerdə şiş əmələ gəlib. Ümidlə yaşayıram ki, ayın 15-dən sonra sərhədlər açılar, mən də Türkiyəyə gedib, özümü həkimə göstərərəm. Günümün çox hissəsini evdə keçirirəm. Hər gün səhərlər və ya axşamlar 4-5 kilometr piyada gəzirəm. Televizora baxmamağa çalışıram. Çünki orada adamı əsəbləşdirən verilişlər verirlər. Yalnız heyvanlar aləmi ilə bağlı proqramları izləyirəm. Bir də nostalji rus filmlərinə baxıram. Onları cavanlığımdan sevirəm. Arada dostlarımla zəngləşirik. Darıxanda telefonla xəbər saytlarını izləyirəm, görüm nə var, nə yox. Amma ümumilikdə karantin günlərində sıxılmıram. Gündəlik işləyən adam üçün çətin olar. Mən artıq vərdiş etmişəm".

 

0