Məmurlar arxayınlaşmasınlar, həbslər davam edəcək - Açıqlama

ÖLKƏ
13:36 / 08.06.2020
2997

Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib.

HİT.Az xəbər verir ki, unikal.org-a açıqlama verən S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb:

"Təbii ki, araşdırma gedir. Harada ki, dəqiq məlumatlar var onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər".

1