Putin Zaxarovaya yeni diplomatik rütbə verdi

DÜNYA
17:05 / 08.06.2020
1562

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Rusiya Prezidenti Vladimir Putinin müvafiq fərmanı “pravo.gov.ru” hüquqi informasiya portalında yerləşdirilib.

Hazırda Mariya Zaxarova XİN-nin informasiya və mətbuat departamentinin direktoru vəzifəsində çalışır.

Sənəddə bir sıra digər şəxslərə də fövqəladə və səlahiyyətli səfir rütbəsinin verilməsi qeyd olunub. Xüsusilə, səfirlər Vladimir Barbin, Levan Caqaryan, Nurmahmad Holov, həmçinin Energetika nazirinin müavini Yuri Sentyurin yeni rütbə verilənlər siyahısındadır.

0
“Qafqazinfo”