Adil İsmayılov: “Bir həyətə bu qədər polislə gedənlər başa düşməlidirlər ki...”

SİYASƏT
09:21 / 09.06.2020
1873

“Polisin bu gün etdiklərinin qanuna zidd olmasını görmək və demək üçün hüquqşünas olmağa ehtiyac yoxdur. Bu hərəkətlərə haqq qazandıranları, xüsusən də hüquqşünasları və media nümayəndələrini başa düşmürəm, vətəndaş qanunu pozursa, etdiyi əmələ adekvat qanuni cəza almalıdır”.

Bunu tanınmış vəkil Adil İsmayılov Yasamalda baş verən hadisəyə münasibət bildirərkən deyib.

“Uzun-uzadı nəsə yazmağa, qanunları izah etməyə də lüzum görmürəm. Amma bir məqamı qeyd edəcəm. Bir həyətə bu qədər polislə gedənlər başa düşməlidir ki, ölkədə belə həyətlərin sayı-hesabı yoxdur və polisin sayı nə qədər çox olsa da onların hamısına yetməyəcək. Bu gün 100 adama bir polis 100 min polis deməkdir...” – A.İsmayılov qeyd edib.

0
Pravda.az