Bir neçə gün əvvəl Fulya adlı bank işçisi “TV8” telekanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bank hesablarına köçürülən məvaciblərin görüntülərini sosial şəbəkədə yayımlamışdı.
Axşam.az xəbər verir ki, həmin şəxs Acun Ilıcalı tərəfindən Şeyma Subaşına hər ay ödənən 125 min TL alimentin və 340 TL telefon danışığı pulunun görüntülərini paylaşdıqdan sonra işindən azad olunub.
“Nə qədər aliment aldığı maraqlı olduğu üçün hesab nömrələrinə baxmışam” deyə açıqlama verən Fulyanın 9 ilə qədər həbsi tələb olunur.