Türkiyə bu dövləti yenidən qurur – Böyük hərəkat

DÜNYA
12:00 / 09.06.2020
1308

Türkiyə Suriyada tətbiq etdiyi təhlükəsiz bölgə modelini Liviyada həyata keçirmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə “Yeni şəfəq” nəşri məlumat yayıb.

Bildirilir ki, Türkiyənin dəstəyi ilə başda təhlükəsizlik məsələsi olmaqla, təhsil və səhiyyə sahəsinin inkişafında böyük addım atılacaq:

“Genişmiqyaslı yenidənqurma işləri ilə insanlar gündəlik həyatlarını etibarlı şəkildə davam etdirə biləcəklər. Liviyada təhlükəsizliyin təmin edilməsi, ərzaq və səhiyyə xidmətlərinin artırılması ölkədə canlanma prosesini sürətləndirəcək. Eyni zamanda iqtisadi sabitlik, infrastruktur xidmətləri, ədalətin bərqərar olması, mənzil-kommunal təsərrüfatının yenidən qurulması əsas məqsədlərdən sayılacaq”.

0