Dünyanın ən bahalı daşınmaz əmlakı bu ölkədə satılıb

İQTİSADİYYAT
23:14 / 09.06.2020
1414

Monako dünyada ən bahalı daşınmaz əmlakın olduğu ölkə statusunu bu il də özündə saxlayıb.

Trend-in məlumatına görə, Monakoda evin bir kvadrat metrinin qiyməti orta hesabla 48 min avroya bərabərdir.

Monte-Karlo rayonunda isə bu rəqəm 53 min avroya çatır.

Qeyd olunur ki, dünyada Vatikandan sonra ikinci ən kiçik dövlət olan Monako bir çox məşhur şəxs, zəngin iş adamları üçün doğma evdir.

Monako ilə müqayisədə Nyu-Yorkda daşınmaz əmlak qiymətləri iki dəfə, Parisdə 68 faiz, Londonda 60 faiz ucuzdur.

0
Trend.az