Əhmədinejad yenidən prezident olmaq istəyir - İDDİA

DÜNYA
21:53 / 09.06.2020
1332

Mahmud Əhmədinejadın 2021-ci ildə üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürəcəyi barədə söhbətlər dolaşır.

Cebhe.info-nun məlumatına görə, “Israel Hayum” qəzeti qeyd edilən iddia ilə çıxış edib.

Qeyd edək ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İranın prezidenti olub.

“2021 seçkilərində prezident postuna hər bir namizədlik nüfuzlu Qəyyumlar Şurasının təsdiqini tələb edir. Bu namizədlərin şəxsiyyəti ilə əlaqədar çox vacibdir”-adıçəkilən qəzet belə yazır.

“Mahmud Əhmədinejad siyasətə qayıtmağı planlaşdırırmı?”-sualına cavabında İsrail mətbuatı Əhmədinejadın üçüncü prezidentlik dövrünə hazırlaşdığını bildirən İran mediasının ötən həftə sonu səs-küy salmasına diqqət çəkib.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2021-ci ilin may ayına təyin edilib. Bu vəzifəyə iddialı olan hər bir namizəd əvvəlcə İslam Respublikasında əhəmiyyətli hakimiyyətə malik olan və namizədlərin şəxsiyyəti barədə son söz sahibi olan Konstitusiya Şurasının nüfuzlu qəyyumlarının razılığını almalıdır.

1