İranda cümə namazının qılınmasına icazə verildi

DÜNYA
21:01 / 09.06.2020
1384

İranın Tehran şəhərində və digər əyalətlərində maskadan istifadə etmək şərti ilə cümə namazlarının qılınmasına icazə verilib. SİA xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata əsasən, iyunun 12-dən etibarən Tehranda və digər Tehran əyalətlərində Cümə namazının qılınmasına icazə verildiyi açıqlanıb. Tehranda "qırmızı zona" adlandırılan yüksək riskli bir bölgənin olmadığı bildirilib:

"Cümə namazı, sosial məsafə və qaydalara riayət olunmaqla Tehranın bütün əyalətlərində qılınacaq. Cümə namazına qatılanlar maska, şəxsi namaz vasitələri və möhürlərindən istifadə edəcəklər" - deyə, məlumatda vurğulanıb.

0
Sia.az