İnstaqram istifadəçilərə məxsus şəkil və ya videoları digər sayt və platformalarda yerləşdirmək üçün icazə almağa məcbur edə bilər.
Hansısa saytın işçisi İnstaqramda kiminsə paylaşımını öz saytına əlavə etməzdən əvvəl, müəllifdən elektron poçt vasitəsilə lisenziya almalı olacaq.
Həmin proses baş verməsə, istifadəçi müəllif hüquqlarının qorunması üçün məhkəməyə müraciət edə bilər.
Bu qərarın səbəbi “NewsWeek” nəşrinin məşhur fotoqrafın sosial şəbəkədə yayımladığı fotoları icazəsiz şəkildə yayımlamasıdır. Nyu-Yorkda baş tutan məhkəmədə fotoqraf haqlı görülüb.
İnstaqram öz siyasətini dəyişdirməklə müəllif hüquqlarının qorunması uğrunda dəyişiklik etməyi planlaşdırır.
Ted.az