ABŞ və Rusiya döyüş təyyarələri arasında gərginlik yaşanıb.
Axar.az xəbər verir ki, Rusiyaya məxsus nüvə raketi daşıyan 4 ədəd Tu-95Ms döyüş təyyarəsi ABŞ ərazisinə yaxınlaşıb.
Buna qarşılıq olaraq ABŞ F-22 qırıcılarını havalandıraraq rus təyyarələrinin önünü kəsib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi baş verən hadisəni təsdiqləyib və bildirib ki, Tu-95Ms-lərə beynəlxalq sularda müdaxilə olunub.