Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO

14:25 / 11.06.2020
1594

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev HİT.Az-a bildirib ki, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” NMM və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib:

“Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub”.

0