''Əliqismət Lalayevin aldığım mükafatlardan xəbəri olmayıb'' — Çingiz Əhmədov

MƏDƏNİYYƏT
20:28 / 11.06.2020
1538

''Əliqismət Lalayevdən soruşmaq lazımdır ki, mənim on yaşımda efirlərə çıxanda o harada idi?''

''Ölkə.Az'' xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov İTV-də yayımlanan ''3D'' verilişinin aparıcısı Dadaş Dadaşlinskinin ''Sizin sənət yolunuza hörmətsizlik edirlər?'' sualına cavab olaraq söyləyib.

''Əliqismət müəllimlə aramızda elə də böyük yaş fərqi yoxudur. Mənim 58, onun da 64 yaşı olacaq. 2012-ci ildə ƏIməkdar artist fəxri adını almışam. Əliqismət Lalayevin də aldığım fəxri addan və mükafatlardan xəbəri olmayıb. O, 6 il əvvəl teatra gələndə hər kəslə maraqlanırdı. Aktyor direktorun qulu olmalı deyil. Direktor aktyorun qulu olmalıdır''.

Əməkdar artist Dadaşlinskinin ''Hər il prezident mükafatına layiq görülürdünüz. Son il görülmədiyiniz üçün üsyan edirsiniz?'' sualına münasibət bildirib.

''Mən son iki ildə mükafat almıram. Ancaq iki ildir teatrda işləyən aktyorlar cəmi iki tamaşasına görə mükafat alırlar. Nəyə görə 10-15 il işləyənlər qalır kənarda, lakin yeni gələnlər mükafat alırlar? Dekabr ayında Əliqismət Lalayevlə görüşüb dedim ki, ''Xahiş edirəm mənim problemlərim var, yorulmuşam, imkan varsa məni bu il də mükafata sal''. Mənə cavab olaraq dedi ki, ''Sən 3 il ard-arda mükafat almısan, qoy başqaları alsın''. Mənim də daxil olduğum siyahıda 3 nəfər yenidən mükafat aldı, ancaq mənə və Novruz Qartala düşmədi. Axı nəyə görə o gənc aktyora mükafat verir, ancaq mənim kimi aparıcı aktyor kənarda qalır?

Ölkə.Az

0